
Bakı-Qazax yolunun 70-ci kilometrliyində - Ələt qəsəbəsindən keçən hissəsində ağır avtomobil qəzası baş verib.
Musavat.com xəbər verir ki, hərəkətdə olan, Qurbanov Vahid Fərman oğlunun idarə etdiyi 90 CN 609 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, onun həyat yoldaşı və iki azyaşlı övladı ağır xəsarətlər alıblar.
Qaynarinfo.az

