APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. 10-ZH -939 dövlət nömrə nişanlı, “KaMaZ”, 90-JS-305 dövlət nömrə nişanlı “MAN” və 10-OE-783 dövlət nömrə nişanlı “QAZ 53” markalı yük maşınları toqquşub.
Nəticədə Bərdə rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Fəxrəddin Əsəd oğlu hadisə yerində dünyasını dəyişib. Hələlik adı məlum olmayan 2 nəfər ağır xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.