Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində ölənlərin sayı artıb.
Dünyasını dəyişənlər Mahmudova Nərgiz, Şahverdiyev Lətif və Həsənova Rənadır.
Şahverdiyev Lətif və Həsənova Rəna qəzadan sonra Gəncədəki xəstəxanalardan birində vəfat edib.
Qeyd edək ki, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.
****
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı ölən və bir neçə xəsarət alanlar var. Yaralılar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.