
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hacıqabul rayonu, Bakı-Qazax yolunda vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobilinin digər vətəndaşa məxsus “Mersedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. FHN xəbər verir ki, nəticədə minik avtomobilində şəxsiyyətləri məlum olamayan sıxılmış vəziyyətdə 1 nəfər sərnişinin cəsədi və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq minik avtomobilindən yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.
Minik avtomobilinin sürücüsü və avtomobildə şəxsiyyətləri məlum olmayan digər 2 nəfər sərnişin (1-qadın və 1 azyaşlı uşaq) yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaynar.info