Xəbər lenti

Bakı-Qazax yolunda dəhşətli qəza, 2 nəfər diri-diri yandı – FOTO+YENİLƏNİB
Ölkə09:05 09.07.2014

Bakı-Qazax yolunda dəhşətli qəza, 2 nəfər diri-diri yandı – FOTO+YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanacaq daşıyan maşın partlayıb.

Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

Bakı-Qazax yolunda tıxac yaranıb.

13:08

Bu gün Ucar rayon ərazisindən keçən Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Oxu.Az-a verilən məlumata görə, Qazıqumlaq yaşayış məntəqəsini keçdikdən sonra yanacaq daşıyan maşın və Qazel markalı maşın toqquşub. Toqquşma zamanı partlayış və güclü yanğın olub.

Hal-hazırda yolda bir neçə kilometrlik tıxac müşahidə edilir. Hadisə yerində yanğınsöndürənlər işləyir.