Bakı-Qazax şosesinin 479-cu km-də yol nəqliyyat qəzası barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Qaynar.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza zamanı VAZ markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.
Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun meyitini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Qaynar.info