Xəbər lenti

Bakı-Quba yolunda dəhşətli qəzada ölənlərin kimliyi bilindi (YENİLƏNİB)
Ölkə06:43 15.12.2022

Bakı-Quba yolunda dəhşətli qəzada ölənlərin kimliyi bilindi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin beşinin kimliyi məlum olub.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, qəzada ölən 5 nəfər aşağıdakılardır:
1. 1986-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov.
2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov
3. Yasamal rayon sakini İlqar Musayev
4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu.
5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu
Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.
Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.
Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da ölənlərin sayı 7-yə çatıb.
10.43
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.
İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.