Xəbər lenti

Bakı-Quba yolunda qəza: 4 yaralı - FOTOLAR
Ölkə15:55 20.01.2015

Bakı-Quba yolunda qəza: 4 yaralı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın 93-cü km-də qeydə alınıb. 
Quba rayonu, Ağbil kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi "99 AE 240" dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 3 nəfər xəsarət alıb. Onlar Xaçmaz rayonu, Həsənqala kənd sakini, 1955-ci il təvəllüdlü Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini, 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.
Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.
Faktla bağlı araşdırmalar aparılır. /Regional tv
Qaynar.info