Xəbər lenti

Bakı-Quba yolunda tıxac və qəzalar
Ölkə05:15 08.12.2016

Bakı-Quba yolunda tıxac və qəzalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunda avtomobillərin hərəkətində sıxlıq yaranıb.

"Report" xəbər verir ki, yolun buz bağlaması nəticəsində "Saray postu" yaxınlığında "Nissan X-Trail" və "Mercedes" markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.

Bir az irəlidə isə digər "Mercedes" markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.

Qaynarinfo.Az