Xəbər lenti

Bakı rusiyalıların yay səyahəti üçün seçdiyi 5 şəhərdən biridir
Ölkə17:40 19.05.2016

Bakı rusiyalıların yay səyahəti üçün seçdiyi 5 şəhərdən biridir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın paytaxtı Bakı şəhəri 2016-cı ildə yay səyahəti üçün rusiyalı turistlərin seçdiyi şəhərlər arasında TOP-5-də yer alıb. Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın "Travel.ru" saytı xəbər yayıb.
Reytinqə əsasən, iyunun 1-dən avqustun 31-nə kimi turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib.
Hazırda rus turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli (yaşamaq üçün sutkada orta hesabla 45 avro - 76 AZN), London isə ən bahalı paytaxtdır (orta hesabla 200 avro - 338 AZN).
TOP-10-luqda Praqa, Minsk, Paris, Riqa, Bakı, Tallin, Roma, Barselona, Helsinki və London şəhərləri yer alıb.
Qaynarinfo.az