XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir
Ekonomiks06:16 23.08.2019

Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Avqustun 26-dan sentyabrın 15-dək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
Bu barədə Qaynarinfo-ya"Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Verilən məlumata görə, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.
Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.