Xəbər lenti

Bakı sakini 4-cü mərtəbədən yıxıldı
Ölkə18:38 27.12.2016

Bakı sakini 4-cü mərtəbədən yıxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonunda yaşayan şəxs 4-cü mərtəbədən yıxılıb.

Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda vətəndaşın 4 mərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq blokun giriş qapısının üstündəki beton örtüyün üzərinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı aşağı endirərək aidiyyəti üzrə təhvil verib.

Qaynarinfo.Az