Xəbər lenti

Bakı sakininə qarşı 30 min dollarlıq dələduzluq
Ölkə15:41 28.01.2017

Bakı sakininə qarşı 30 min dollarlıq dələduzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib. "Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib. 
Belə ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Qasımzadə Rövşən Ələsgər oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin may ayında ona qarşı dələduzluq edilib. R.Qasımzadə qeyd edib ki, 1977-ci il təvəllüdlü Mahmudov Araz Ucal oğlu onu aldadaraq 30 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Qaynarinfo.Az