Xəbər lenti

Bakı sakininin 60 baş maralını alan şəxs pulunu verməyib
Ölkə13:55 29.10.2016

Bakı sakininin 60 baş maralını alan şəxs pulunu verməyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

“Report”un xəbərinə görə, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-ci il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. 

Qaynarinfo.Az