Xəbər lenti

Bakı sakinlərinə xəbərdarlıq: Bəzi marşrutların qrafikində ləngimələr olacaq
Ölkə05:59 29.06.2018

Bakı sakinlərinə xəbərdarlıq: Bəzi marşrutların qrafikində ləngimələr olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.
"BakuBus"un mətbuat katibi Qabil Babayevin verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.
Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.
"BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir", - deyə o bildirib.