Xəbər lenti

Bakı sakinlərinə xəbərdarlıq - Bu gün 09:00-dan...
Ölkə 09:08 13.07.2024

Bakı sakinlərinə xəbərdarlıq - Bu gün 09:00-dan...

Bakı və Abşeron yarımadası bu gün geomaqnit qasırğasının təsiri dairəsində olacaq. 

Qaynarinfo xəbər verir ki, maqnit qasırğası bu gün saat 09 radələrindən başlayacaq və gecə 03:00-dək davam edəcək. 

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->