Xəbər lenti

Bakı sakinlərinə xəbərdarlıq: Bu tarixdə küçəyə çıxmayın (FOTO)
Ölkə05:49 15.05.2020

Bakı sakinlərinə xəbərdarlıq: Bu tarixdə küçəyə çıxmayın (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə sabah küçəyə çıxmamaları üçün müraciət edib.
Qurumun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə may ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.