Xəbər lenti

Bakı sakinlərini soyanlar tutuldu
Ölkə09:47 27.08.2014

Bakı sakinlərini soyanlar tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda soyğunçuluqla məşğul olan iki nəfər tutulub. 

Ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Qorqud İbrahimovun mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Tağıyev tutulub.

Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 25-də Cəmilə Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Xırdalan şəhər sakini Faiq Əsədullayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info