Xəbər lenti

Bakı sakinlərinin “məhərrəmlik qadağası”na münasibəti - VİDEOSORĞU
Ölkə12:04 03.10.2016

Bakı sakinlərinin “məhərrəmlik qadağası”na münasibəti - VİDEOSORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin verdiyi fətvaya əsasən oktybrın 3-də məhərrəmlik ayının başlanması elan edilib. Fətvaya əsasən Aşura oktyabrın 12-nə təsadüf edəcək.
Bəs Bakı sakinləri necə Məhərrəmlik ayı haqqında nə bilir? Aşura ayinlərinə münasibəti necədir? Eləcə də bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Komitənin rəhbəri Mübariz Qurbanlının Məhərrəmliklə bağlı səsləndirdiyi fikirlərə əhalinin münasibətini öyrənmək istədik.
Qeyd edək ki, Mübariz Qurbanlı dini ayinlər zamanı evdə toplaşmaq və küçələrə çıxmağın qanun vericiliklə qadağan olunduğunu açıqlayıb.
“Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir” - deyə Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
Qaynarinfo.Az a24.az-a istinadən .əhər sakinləri ilə keçrilmiş sorğunu təqdim edir.
Qaynarinfo.Az