
ANAL S (REGİON TV) xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunda baş verən sürüşmə aktivliyini qoruyur. Bir neçə gün öncə ərazidə qeydə alınan torpaq uçqununun qarşısının alınması üçün tədbirlər görülür.
Bakı-Şamaxı-Yevlax yolunun 106-107-cı km-də təhlükənin miqyası artmaqdadır. Tonlarla torpaq qatı sürşərək avtomobilərin intensiv hərəkət etdiyi yola tökülüb. Bu gün də sürüşmə zonasında aktivlik müşahidə olunub.
Müxtəlif vaxtlarda yaşanan kiçik uçqunlar isə səngiməkdədir. Yamac hissədə yığılıb qalan torpaq qatı texnikalar vasitəsi ilə təmizlənir. Yolun bağlanma təhlükəsi yoxdur.
Şamaxı rayon 9 saylı Yol İstismar İdarəsi vəziyyəti nəzarətdə saxlayır. Bunun üçün sürüşmənin baş verdyi ərazidə idarənin canlı qüvvəsi və texnikası növbəli rejimdə fəaliyyət göstərir.
Qaynar.info