Xəbər lenti

Bakı Şəhər İcra Hakimiyyəti təmirə 13 milyon manat xərcləyəcək
Ekonomiks10:23 11.06.2020

Bakı Şəhər İcra Hakimiyyəti təmirə 13 milyon manat xərcləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC dövlət mənzil fonduna aid binaların dam örtüyünün (1), eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin (2) təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Qaynarinfo vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Vest LTD” və "Star Construktion-12" QSC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 10 milyon manat və 3 milyon manat, ümumilikdə 13 milyon manat ödəniləcək.