Xəbər lenti

Bakı Şəhər Prokurorluğundan sabiq əməkdaşının həbsinə reaksiya
Ölkə18:10 10.10.2018

Bakı Şəhər Prokurorluğundan sabiq əməkdaşının həbsinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Prokurorluğu qurumun sabiq əməkdaşı  Elçin Qurbanovun həbsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 
Bakı şəhər prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, Qurbanov Elçin Müzəffər oğlu 21.02.2018-ci il tarixdə Bakı şəhər prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib.
Aparılmış istintaq zamanı Qurbanov Elçin Müzəffər oğlu Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi 20.08.2018-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilib.