Xəbər lenti

Bakı Şəhər Təhsil İdarəsinə kim rəhbərlik edir?
Ölkə06:06 05.07.2018

Bakı Şəhər Təhsil İdarəsinə kim rəhbərlik edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib.
Bu barədə APA-ya BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib. 
O deyib ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə "İlin ən yaxşı müəllimi” respublika müsabiqəsinin qalibi olub. Prezidentin 2008-ci il 25 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə  təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Psixologiya üzrə fəlsəfə doktorudur. YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 2 övladı var.