Xəbər lenti

Bakı Slavyan Universiteti vahid formaya keçir? - Açıqlama
Ölkə11:36 29.06.2016

Bakı Slavyan Universiteti vahid formaya keçir? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Slavyan Universiteti vahid formaya keçir?

Sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva müşavirədə tələbələrin vahid forma geyinməli olduqlarını, saqqal saxlayan və şortik geyən oğlanların isə universitetə buraxılmayacağını deyib. 

Nurlana Əliyeva

Qaynarinfo.az məsələ ilə bağlı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevlə danışıb.

Adil Əliyev məlumatın yanlış olduğunu deyib. 

O bildirib ki, rektor dünəndən işə çıxıb: "Geniş tərkibli müşavirə keçrilməyib. Struktur rəhbərləri ilə görüşü olub. Və geyim, tələbələrin saqqal saxlamaları barədə heç bir söhbət getməyib".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az