Xəbər lenti

Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq
Ölkə11:18 11.06.2020

Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. 
Qaynarinfo bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 
İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.