Sentyabrın 15-dən Bakı-Sumqayıt-Bakı istiqamətində əlavə avtobuslar xəttə buraxılacaq.
Bu barədə Qaynarinfo-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, əlavə avtobusların xəttə buraxılmasına səbəb yeni tədris ilinin başlaması ilə bağlı sərnişinlərin sayının artmasıdır.