Xəbər lenti

Bakı-Sumqayıt qatarı adam vurdu
Ölkə05:00 02.04.2016

Bakı-Sumqayıt qatarı adam vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sumqayıt qatarı dəmiryol xəttini keçən qadını vurub. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində baş verib.
Aprelin 1-i axşam saatlarında 27 yaşlı Tünzalə İsgəndərova dəmiryol xəttini keçmək istəyib. Bu vaxt Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı qadını vurub.
Gülnarə İsgəndərova ağır xəsarətlər alıb və Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, 27 yaşlı qadının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qaynar.info