Xəbər lenti

Bakı-Sumqayıt qatarında da təhlükəsizlik gücləndirildi
Ölkə05:52 05.04.2016

Bakı-Sumqayıt qatarında da təhlükəsizlik gücləndirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Sumqayıt qatarında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Sərnişin sıxlığını nəzərə alaraq “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib. 

Bu barədə azvision.az-a məlumata verən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qatar hərəkətdə olanda və stansiyalarda qatarların hərəkətinə güclü nəzarət olunur: 

“Bundan əlavə yol boyu mühafizə dəstəsi var ki, onlar da müəyyən yerlərdə postlar qurularaq qatarın hərəkətini müşahidə edirlər. Qatar daxilində isə müşahidə kameraları var. Qatara minənləri-düşənlərin hamısını qeydə alır. Təhlükəsizlik baxımından bəzi məqamları açıqlamırıq. Həmin kameralar vasitəsilə müşahidə aparılır”. 

Hazırda körpülərdə,stansiyalarda mühafizənin gücləndirilidiyini deyən Nadir Əzməmmədovun sözlərinə görə, qatara nəzarət edən hüquq-mühafizə orqanlarına xüsusi yoxlayıcı aparatların verilməsinə də baxıla bilər. 

Qaynar.info