Xəbər lenti

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişəcək
Ölkə10:35 10.02.2016

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərnişinlərin arzu və təklifləri, eyni zamanda bu istiqamətdə sərnişin sıxlıgı nəzərə alınaraq, fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək. Qatarlar Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək. Hər şənbə, bazar və bayram günləri sərnişin sıxlıgının azalması nəzərə alınaraq aşağıdakı elektrik qatarları hərəkətdə olmayacaq: Bakı-sərnişin stansiyasından saat 05-00-da, 05-20-də, 05-35-də, 18-20-də, 19-15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06-50-də, 07-25-də, 07-45-də, 19-30-da, 20-40-da yola düşən.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.(APA)
Qaynar.info