Xəbər lenti

Bakı-Sumqayıt yolu 3-4 saat bağlı olacaq
Ölkə08:03 06.08.2018

Bakı-Sumqayıt yolu 3-4 saat bağlı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində avtomobil qəzası baş verdiyindən ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb. 
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə saat 11:00-dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.