Xəbər lenti

Bakı - Sumqayıt yolu bağlandı - FOTO
Ölkə05:50 16.02.2015

Bakı - Sumqayıt yolu bağlandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı - Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, Bakı-Sumqayıt şossesində aparılan təmir işləri ilə əlaqədar Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Biləcəri enişi (Rəşid İsmayılov küçəsi) vasitəsilə Biləcəri dairəsindən istiafadə etməklə yollarına davam etmələri tövsiyə olunur.
Qeyd edək ki, sözügedən ərazidə mütamadi olaraq təmir işləri aparılır və yolların cizgilənməsi mərhələli şəkildə aparılır.
Qaynar.info