Xəbər lenti

Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var
Ölkə09:20 20.11.2016

Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “RENAULT” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılması barədə məlumat daxil olub. 
Qaynarinfo.Az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:58-də başa çatıb.
Qaynarinfo.Az