Xəbər lenti

Bakı-Sumqayıt yolunda "Gelandewagen" ağır qəzaya düşdü (VİDEO)
Ölkə05:55 27.12.2019

Bakı-Sumqayıt yolunda "Gelandewagen" ağır qəzaya düşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunda iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Sumqayıt istiqamətində hərəkətdə olan 99-TK-253 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil 99-SJ-424 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Mercedes" də öz növbəsində dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində "Mercedes"də olan Samirə Ağayarova ağır bədən xəsarəti alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
<iframe width="618" height="345" src="https://www.youtube.com/embed/ptI4Ent8A5w" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">