Xəbər lenti

Bakı-Sumqayıt yolunda qəza böyük tıxaca səbəb oldu - FOTO
Ölkə06:14 29.10.2013

Bakı-Sumqayıt yolunda qəza böyük tıxaca səbəb oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 08:00 radələrində Bakı-Sumqayıt yolu istiqamətində, Masazır yolunda ağır avtomobil qəzası baş verib. 

Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “Mercedes” markalı avtomobil ilə “Hundai” markalı maşın toqquşub. Qəza nəticəsində yolda böyük tıxac yaranıb.

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində hər iki avtomobilin sürücüsü yaralanıb. Xoşbəxtlikdən qəza nəticəsində ölən olmayıb. Ehtimal olunur ki, qəzanın baş verməsinə yüksək sürət və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub.

Qaynar.info