Xəbər lenti

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yandı
Ölkə06:03 01.02.2014

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Sumqayıt yolunun sərnişin avtobusu yanıb. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron rayonu ərazisində “İVECO” markalı sərnişin avtobusu yanıb.

Hadisə yerinə yanğındöndürənlər cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində, yaxınlıqdakı avtomobillər yanğından muhafizə olunub.

Yanğın saat 22:48 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan barədə məlumat verilməyib.

Qaynar.info