
Bir müddət öncə Bakıdan-Sumqayıta hərəkət edən avtobuslar Bakı Beynəlxalq Avtovağzalında yerləşirdi və sərnişinlərin mənzil başına çatması heç bir çətinlik yaratmırdı. Hazırda isə bu marşrut xətti dəyişərək, 20 yanvar dairəsindən başlamaqla Sumqayıt istiqamətində hərəkət edir. Bu isə sərnişinlərin uzun müddət avtobusları gözləməsinə və sıxlığın yaranmasına səbəb olur.
Nəqliyyat nazirliyinin təşəbbüsü ilə Bakıdan Sumqayıta və ətraf kəndlərə sürət qatarının çəkilməsi layihəsi hazırlanıb. Bu layihənin icrası üçün böyük xərc tələb olunmayacaq. Köhnə dəmir yolu xətləri var. Sadəcə bəzi təmir işləri aparılmalıdır. Ekspertlәrin fikrincә, elektrik qatarları sәrnişinlәr üçün әn rahat vә tәhlükәsiz nәqliyyat vasitәsidir.
ANN Tv bu barədə sərnişinlərin fikrini öyrənmək qərarına gəldi. Nəqliyyat nazirliyinin bu təşəbbüsünə sərnişinlərin münasibəti necədir?
Qaynar.info