Xəbər lenti

Bakı-Surqut təyyarəsi Ufada təcili eniş etdi
Ölkə16:18 03.10.2018

Bakı-Surqut təyyarəsi Ufada təcili eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Surgut marşrutu üzrə uçan "ЮТэйр" ("Utair") aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.
Trend-in məlumatına görə, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:
"Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib".
T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.