Xəbər lenti

Bakı – Tbilisi aviareysi ləğv edilib
Ölkə07:26 20.02.2018

Bakı – Tbilisi aviareysi ləğv edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, aeroport bir neçə aviareysin qəbulunu ləğv edib.
Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib.
Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir.