Xəbər lenti

Bakı üzrə koronavirusa yoluxma ən çox hansı rayondadır?
Ölkə17:16 24.04.2020

Bakı üzrə koronavirusa yoluxma ən çox hansı rayondadır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, ən yüksək nəticə Yasamal rayonundadır, yəni 22,65% təşkil edir: "Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,81%, Abşeronda 5,69%, Nizami və Suraxanıda 5,11%, Xəzərdə 4,53%, Sumqayıtda 3,72%, Qaradağda 3,02%, Səbaildə 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb".