Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.
Qaynarinfo xəbər verir ki, yoluxmanın 54,4%-i Bakının payına düşür.
Sonrakı yerlərdə - Abşeron 14,1 faiz, Aranda 10,7 faiz, Gəncə-Qazax 7,0 faiz, Lənkəran 4,0 faiz, Şəki-Zaqatala 3,2 faiz, Quba-Xaçmaz 2.,9 faiz, Dağlıq Şirvan 1,8 faiz, Yuxarı Qarabağ 1,1 faiz, Naxçıvanda isə 0,07 faizdir.
Ölkə xaricindən gələn şəxslərin isə 0.8 faizi virusa yoluxub.