Dərhal alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb
Bu gün saat 16:25 radələrində Bakının Sabunçu rayonunda, Teymur Bünyadov küçəsində, Bakı Yod Zavodu yaxınlığında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xİdmətindən ANS PRESS-ə verilən məlumata görə, adi çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə yeri qiymətləndirilərkən, məlum olub ki, ərazidəki quru ot və qamışlıq sahəsi yanır. Dərhal alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.