Bu gecə Bakıda ağır yol qəzası baş verib. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektinin köməkçi yolunda baş verib.
90 BD 350 nömrə nişanlı "İnfinity" markalı avtomobil sürətlə hərəkət edib və 90 EM 818 nömrə nişanlı "Opel"i arxadan vurub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb. Sürücülərin şəxsiyyəti dəqiqləşdirilir.