Xəbər lenti

Bakıda 100 minlik dələduzluq
Ölkə14:52 17.10.2016

Bakıda 100 minlik dələduzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.
1967-cı il təvəllüdlü Elşən Ağayev pulunun mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 1975-ci il təvəllüdlü Xəqani Həsənov 2014-cü ilin yanvar ayında onu aldadıb və 75 min ABŞ dolları və 20 min manat pulunu alıb və indiyədək geri qaytarmayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.(report)

Qaynarinfo.Az