Xəbər lenti

Bakıda 11 nəfəri gün vurdu
Ölkə07:48 29.06.2013

Bakıda 11 nəfəri gün vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) günvurma ilə əlaqədar müraciət edənlərin sayı artıb.

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, bu günə kimi günvurma ilə əlaqədar stansiyaya 11 müraciət daxil olub və onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, gün vuranlardan 1-i uşaq, qalanları isə 20-45 yaş arası insanlar olub: “Amma günvurma daha çox körpə uşaqlara və ahıl insanlara mənfi təsir edir. Günvurma halları havaların istiləşməsi ilə bağlı olaraq iyunun 15-dən sonra daha da artıb. Belə ki, həmin vaxta kimi cəmi 2 nəfər günvurma ilə əlaqədar stansiyaya müraciət etmişdisə, iyunun 15-dən sonra daha 9 nəfər müraciət edib. Bununla da bu günə kimi müraciət edənlərin sayı 11 nəfərə çatıb”.

Qaynar.info