
Ötən gün Bakının Nizami rayonunda 11 yaşlı uşaq itkin düşüb.
Baku.ws-nin məlumatına görə, dünən saat 07 radələrində 11 yaşlı İsmayıl Safıyev evdən məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Onun anası ilə birlikdə metronun "Qara Qarayev” stansiyası yaxınlığında yaşadığı bildirilir. İsmayıl Safıyev 32 saylı orta məktəbdə təhsil alır. Anası ilə atası ayrılıblar.
Oğlanın yoxa çıxması barədə atasına da məlumat verilib. Uşağın yoxa çıxması barədə Nizami rayon Polis İdarəsinə və 25-cü polis bölməsinə bildirilib.
Polisdən Baku.ws-ə verilən məlumata görə, məktəblinin axtarışlarına başlanılıb.
Qaynar.info

