Xəbər lenti

Bakıda 1100 manata saxta sürücülük vəsiqəsi satıblar
Ölkə14:40 29.10.2017

Bakıda 1100 manata saxta sürücülük vəsiqəsi satıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda saxta sürücülük vəsiqəsi satan şəxslə bağlı polisə şikayət ərizəsi daxil olub. 
Lent.az xəbər verir ki, polisə müraciət edən 58 yaşlı İmran Xəlilov Ağsu rayon sakini Vidadi Məmmədovun ona 1100 manat müqabilində sürücülük vəsiqəsi təşkil etdiyini deyib. Bundan bir il sonra o, sənədin saxta olduğunu müəyyənləşdirib və dərhal polisə bu barədə xəbər verib.
İ.Xəlilov ona dəymiş ziyanın ödənilməsini və saxtakarlıq etmiş şəxsin cəzalandırılmasını xahiş edib.
Araşdırma aparılır.
Qaynarinfo.Az