Xəbər lenti

Bakıda 12 nəfər tonqalda yandı
Ölkə08:30 18.03.2015

Bakıda 12 nəfər tonqalda yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən axşam Bakıda bayram tonqalında 12 nəfər yanıb. 

Anspress-in məlumatına görə. Hadisə paytaxtın müxtəlif ərazilərində qeydə alınıb.

Xəsarət alanların bəziləri tonqalın üstündən tullanarkən yanıblar. Bəziləri isə tonqalın yanında oddan çıxan qığılcım nəticəsində xəsarət alıblar.

Tonqalda yananlardan 2 nəfəri 10 yaşlı uşaqdır. Hadisənin biri Əhmədli qəsəbəsində qeydə alınıb. Orada qalanan tonqaldan tullanarkən 10 yaşlı uşaq xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Digər hadisə isə Qubustan rayonunda qeydə alınıb. Burada da 10 yaşlı şəxs tonqaldan tullanarkən xəsarət alıb.

Qaynar.info