Xəbər lenti

Bakıda 13 yaşlı qızı qaçırdılar
Ölkə06:20 25.08.2015

Bakıda 13 yaşlı qızı qaçırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Anası polisə verdiyi şikayət ərazisində qızının evlənmək məqsədi ilə qaçırıldığını bildirib. 

Azərbaycan paytaxtı Bakı şəhərində 13 yaşlı qız qaçırılıb. APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən “VAZ-2107” markalı avtomobillə qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası Ə.H. məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

Qaynar.info