Xəbər lenti

Bakıda 14 yaşlı oğlan bıçaqlandı
Ölkə06:55 28.11.2013

Bakıda 14 yaşlı oğlan bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 14 yaşlı oğlan bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsi-1 ünvanının qarşısında qeydə alınıb.
 
1997-ci il təvəllüdlü Fərid Şahin oğlu Səmədov aralarında yaranan münaqişə zəminində 1999-cu il təvəllüdlü İlkin Səfər oğlu Qasımovu bıçaqlayıb.
 
İ.Səfərov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən F.Səmədov tutulub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info