Xəbər lenti

Bakıda 150 min manatlıq "Porsche" qəza törətdi - FOTO
Ölkə07:57 13.06.2015

Bakıda 150 min manatlıq "Porsche" qəza törətdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gecə saatlarında Heydər Əliyev prospektində üzü şəhər istiqamətinə gedən yolda "Porşe Panamera" markalı avtomobilin sürücüsü qəza törədib.
"Report"un məlumatına görə, qəza zamanı 90 NV 800 dövlət qeydiyyat nişanlı, Qarayev Ənvər Əli oğluna məxsus "Porşe" markalı avtomobil prospektin kənar yolu ilə hərəkətdə olan zaman sürücü idarəetməni itirib.
Nəticədə avtomobil bardürə çırpılıb və kənar yoldan çıxaraq əsas yola düşüb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda
Qaynar.info